Bakıya uçuşlar dron hücumlarına görə təxirə salındı
Avqustun 22-də Rusiyanın bir neçə hava limanında dron hücumları səbəbindən təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu qərarlar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub.
Minval.info xəbər verir ki, bu məhdudiyyətlər çərçivəsində Rusiya daxilində və əksər xarici uçuşlar ləğv edilib və ya təxirə salınıb. Təxirə salınan uçuşlar arasında Moskvanın “Vnukovo” hava limanından Bakıya uçan iki reys də yer alır. Bu reyslərdən biri AZAL-a, digəri isə “Utair” hava yolları şirkətinə məxsusdur. AZAL-ın təyyarəsi yerli vaxtla saat 01:00-da yola düşməli idi, lakin uçuş saat 14:00-dək təxirə salınıb. “Utair”ə məxsus təyyarə isə yerli vaxtla 09:50-də havaya qalxmalı idi, lakin 10:50-dək təxirə salınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026