“Bakıya girişə icazəsi olmayanlar geri qaytarıldı”
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Bakıya girişdə sıxlıq müşahidə edilir.
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev “Qafqazinfo”ya məsələylə bağlı açıqlama verib. O qeyd edib ki, karantin postlarının fəaliyyət göstərdiyi ərazilərdə səhər saatlarından etibarən sıxlıq yaranıb:
“Sıxlıq cənub, şimal və qərb istiqamətində müşahidə edilir. Amma nisbətən daha çox sıxlıq cənub istiqamətində, yəni Bakı-Ələt yolunun 65-ci km-də yerləşən karantin postundadır. Bu da həmin istiqamətdən gələn nəqliyyat vasitələrinin sayının çoxluğu ilə bağlıdır. Düzdür, orada da dənizkənarı torpaq yolla getməyə cəhd olunub. Müvafiq polis naryadları tərəfindən həmin cəhdin qarşısı alınıb. Bakı və Sumqayıt şəhərinə gələn insanların sayı çoxdur. Konkret olaraq hər bir nəqliyyat vasitəsinin sürücüsü və sərnişini yoxlanılmadan buraxılmadığına görə sıxlıq yaranıb. Kifayət qədər sərnişinin də Bakı şəhərinə girişinə icazələri olmadığına görə onlar da geri qaytarılırlar. Nisbətən az sıxlıq şimal istiqamətində yerləşən postdadır. Belə ki, həmin ərazidə sıxlıq dərəcəsi kifayət qədər aşağıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026