Bakının əsas yollarında sıxlıq: Hansı istiqamətlərdə nəqliyyat iflic olub?
Bakı şəhərində bir sıra əsas yollarda nəqliyyat sıxlığı qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Minval.info xəbər verir ki, sıxlıq müşahidə olunan istiqamətlər arasında Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi, Əbdülvahab Salamzadə küçəsi və Ziya Bünyadov prospekti də var. Eyni zamanda, Alı Mustafayev küçəsi, Binəqədi şosesi və Atatürk prospekti də sıxlıq yaşayan yollar sırasındadır.
Bundan əlavə, Ziya Bünyadov prospektinin müxtəlif kəsişmələrində, o cümlədən Müzəffər Nərimanov və Əhməd Rəcəbli küçələri istiqamətində də nəqliyyatın sıxlığı müşahidə edilir. Koroğlu Rəhimov küçəsi ilə akad. Həsən Əliyev küçəsi kəsişməsindən Heydər Əliyev prospektinə doğru da sıxlıq var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026