Bakının Mərkəzində marşrutlar dəyişdi: Hansı küçələrdən keçəcəksiniz?
Bakıda 9 marşrutun hərəkət sxemi dəyişdirilib. Bu dəyişikliklər Həsən Seyidbəyli küçəsində aparılan təmir işləri ilə əlaqədardır və nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq olunub.
Minval.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilən məlumata görə, 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli marşrutlar üçün yeni hərəkət istiqamətləri müəyyən edilib. Bu marşrutlar Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Füzuli küçəsi, Abdulla Şaiq küçəsi, Nəriman Nərimanov prospekti və Mikayıl Müşfiq küçəsi ilə təşkil olunub.
Bundan əlavə, 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti Parlament prospekti ilə həyata keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026