Bakının iki əsas küçəsi bağlanır: Sürücülər alternativ yollar axtarışında
Bakı şəhərinin iki əsas küçəsində təmir işləri ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Minval.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avqustun 18-dən etibarən Yasamal rayonunda Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsi səhər saat 08:00-dan etibarən nəqliyyat üçün bağlanacaq.
Eyni tarixdə Nərimanov rayonunda Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan hissəsində də axşam saat 20:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.
Məhdudiyyətlər təmir işləri tamamlanana qədər qüvvədə olacaq. Sürücülərə bu müddət ərzində alternativ marşrutlardan istifadə etmələri və təmir işlərinə anlayışla yanaşmaları tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026