17.09.2026 - 12:40
Ölkə 26 baxış

Bakının əsas yollarında sıxlıq: Sürücülər üçün xəbərdarlıq

Bakının bəzi yollarında bu səhər nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Minval.info xəbər verir ki, sıxlıq əsasən aşağıdakı istiqamətlərdə qeydə alınıb:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

3. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

4. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: