Bakıda əyləncə mərkəzində dəhşət - İstirahətə gəlmişdi, öldü
İyunun 5-də, Novxanıda yerləşən “Aqua Park” əyləncə mərkəzində bədbəxt hadisəsi baş verib.
Sosial şəbəkələrdə yayılan xəbərə görə, Zamiq Nağıyev adlı şəxs hovuzda çimərkən attraksiondan sürüşən bir nəfərlə (kimliyi məlum deyil) toqquşub. Zərbədən huşunu itirən Z. Nağıyevi hovuzdan çıxartsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı musavat.com müxbiri “Aqua Park” əyləncə mərkəzinin meneceri, Sevinc Əliyeva ilə əlaqə saxlayıb. O, baş verən hadisənin doğruluğunu təsdiqləyib: “Hadisədən təəssüflənirəm. Əraziyə nəzarət edən 6 mühafizə işçimiz və həkimlərimiz hadisə baş verən an orada idilər. Çox çalışdılar, amma xəsarət alanı həyata qaytara bilmədik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Odessa yaxınlığında dron hücumu: İki azərbaycanlı həlak oldu
Qənirə Ataş: "Ölənləri günahlandırmaq ədalətsizlikdir
Zərdabda ad günü sevinci faciə ilə bitdi
90 yaşın sirri: Qəhvə, çəki və idman
Xocalıda ANAMA əməkdaşı minaya düşdü, xəsarət aldı
Qaxda BMW ağaca çırpıldı, sürücü xilas edildi
Şəkidə faciə: İstirahət mərkəzi sahibinin sirri