21.08.2026 - 10:22
Ölkə 151 baxış

Bu ərazilərdə işıqlar sönəcək

Bakı və Sumqayıt şəhərlərində bəzi bölgələrdə elektrik enerjisi təmir işləri səbəbindən kəsiləcək.

Minval.info xəbər verir ki, “Azərişıq” ASC bu barədə məlumat yayıb. Avqustun 21-də paytaxtın Yasamal və Nərimanov rayonlarında yerləşən bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bu işlər elektrik enerjisinin keyfiyyətini artırmaq və artan yük tələbatını qarşılamaq məqsədi daşıyır.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bəzi hissələrində elektrik enerjisi kəsiləcək. Nərimanov RETSİ-nə daxil olan Vladimir Mayakovski, İsmayıl Hidayətzadə küçələrinin bəzi yerlərində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yerləşdiyi ərazidə isə saat 09:00-dan 13:00-dək fasilə olacaq.

Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/10/6 kV-luq “Nübar” yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında təmir işləri aparılacaq. Bu səbəbdən, saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisi kəsiləcək.

Təmir işləri tamamlandıqdan sonra həmin ərazilərdə yaşayan abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: