Bakıda taksi sürücüsündən qəribə addım: "uşaqlı sərnişinləri qəbul etmirəm" dedi və...
Bakıda bir taksi sürücüsü uşaqlı sərnişini yolda düşürərək narazılığa səbəb olub. Hadisə ilə bağlı məlumat daxil olub və sərnişin baş verənləri belə izah edib: O, taksi sifariş etdikdən sonra təxminən 8 dəqiqə gözləyib və nəhayət avtomobil gəlib.
Minval.info xəbər verir ki, sərnişin azyaşlı uşağı ilə birlikdə taksiyə mindikdən sonra sürücü ilə aralarında anlaşılmazlıq yaranıb. Təxminən 5-6 dəqiqə yol getdikdən sonra sürücü qəfil “mən uşaqlı adam götürmürəm” deyərək avtomobili saxlayıb və sərnişindən maşından düşməsini tələb edib.
Sərnişin bu davranışdan narazı qalıb və sürücünün avtomobilinin dövlət nömrə nişanının 77-UY-148 olduğunu qeyd edib. O, məsələ ilə bağlı tədbir görülməsini istəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib