Bakıda təhlükəli liftlər: Sakinlər nə etməli?
Bakı şəhərinin Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının liftləri təhlükəsizlik səbəbindən fəaliyyətini dayandırıb. Bu bina “Çarbağ” MMC-yə məxsusdur və Əliəşrəf Əlizadə küçəsində yerləşir.
Minval.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində liftlərin təhlükəsizlik standartlarına uyğun olmadığı və insan həyatı üçün risk yaratdığı aşkar edilib.
Bu səbəbdən, liftlərin istismarı müvəqqəti olaraq dayandırılıb və “Çarbağ” MMC-yə texniki təhlükəsizlik pozuntularının aradan qaldırılması üçün xəbərdarlıq edilib. Nazirlik tərəfindən tərtib edilən aktda, yalnız bu pozuntuların aradan qaldırılmasından sonra liftlərin yenidən istifadəyə verilə biləcəyi və qaydalara əməl edilmədiyi təqdirdə baş verə biləcək hadisələrdən MMC-nin məsuliyyət daşıyacağı vurğulanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026