Bakıda qayınana ilə mübahisə qanla bitdi: Pərviz qurbanov məhkəmədə özünü təqsirli bildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını bıçaqlamaqda ittiham olunan Pərviz Qurbanovun məhkəmə prosesi yekunlaşıb. Hakim Vüqar Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Pərviz Qurbanova şərti cəza verilməsi qərara alınıb.
Minval.info xəbər verir ki, ittiham aktına görə, Pərviz Qurbanov qayınanası Ağabəyim Səfərovanın sağlamlığına qəsdən ağır zərər yetirib. Hadisə bu il Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində baş verib.
Məlumata görə, Pərviz Qurbanov qayınanası ilə arvadı və uşaqlarını ondan ayırması ilə bağlı mübahisə edib. Ağabəyim Səfərovanın bu irada “yaxşı etmişəm” cavabı verməsi isə Pərviz Qurbanovun qəzəblənməsinə səbəb olub. Nəticədə, o, üzərində olan kustar üsulla hazırlanmış bıçaqla qayınanasına iki dəfə zərbə vurub.
ƏLAQƏLİ
Qubada əməliyyat: 7 kiloqram marixuana və avtomatla silahlanmış şəxslər saxlanıldı
Məhkəmədə Pərviz Qurbanov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülən ittihamı qəbul edərək, özünü tam təqsirli bildiyini ifadə edib. O, məhkəmə iclasında hadisənin başvermə şəraitini də ətraflı şəkildə danışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: