Bakıda özəl bağça ilə bağlı qalmaqal - "Uşaqların psixologiyası pozulur" (Fotolar)
Bir neçə gündür sosial mediada Bakıda fəaliyyət göstərən “Malvina” adlı özəl uşaq bağçası tənqid olunur. Buna səbəb “Halloween” günü ilə əlaqədar təhsil müəssisəsində başı kəsilmiş və qanlı oyuncağın masaya qoyulması göstərilir.
Minval.info xəbər verir ki, sosial şəbəkə istifadəçiləri sözügedən oyuncağın uşaqların psixologiyasına mənfi təsir edəcəyini qeyd edirlər. Onlar eyni zamanda belə mənzərənin bağçada olmasına müxtəlif formada etirazlarını bildirirlər. Fotonu paylaşan şəxslər iddia edir ki, görüntü “Malvina” adlanan özəl bağçada çəkilib.
Məsələylə əlaqədar məktəbəqədər özəl təhsil müəssisəsinin rəsmi saytında göstərilən əlaqə nömrəsinə zəng vurduq. Saytımıza açıqlama verən xanım əsəbi şəkildə yayılan fotonun onlara aid olmadığını söylədi:
“Şəkil bizim bağçamıza və “Malvina”nın mövqeyinə uyun deyil. Bizdə məzəli balqabaq müsabiqəsi olub. Ayrı heç nə təşkil edilməyib”.
Bağçanın adını açıqlamayan xanım işçisinə əlavə sual vermək cəhdlərimiz boşa çıxdı. O, telefonla sualları cavablandıra bilməyəcəyini söylədi:
“Mən bilmirəm siz orada nə yazırsınız, kimsiniz. Sənədinizi və üzünüzü görmürəm. Mən katibəyəm, gəlin, müdriyyətlə danışın”.
Qeyd edək ki, “Malvina” uşaq bağçasının sosial şəbəkədəki səhifəsində də “Halloween” günü ilə əlaqədar paylaşımlar edilsə də, onların arasında müzakirələrə səbəb olan qalmaqallı foto yer almayıb.
Samir Mirzə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldı
Maskalı şəxs azyaşlılara hücum etdi, saxlanıldı
34 il əvvəl atasını öldürən şəxs həbs edildi
Tupak Şakurun qatili ömürlük həbs cəzası aldı
13 il əvvəlki qətlin təşkilatçısı məhkəmədə
Kürdəmirli oğru qızılları satıb avtomobil aldı
Flyblast rəhbəri Polşada həbs edildi!



