Bakıda Məhəmməd Xiyabani küçəsində yeni tunel inşa ediləcək
Bakının Məhəmməd Xiyabani küçəsində Xarici Dairəvi yolun kəsişməsində yeni tunel tikiləcək. Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) verib.
Minval.info xəbər verir ki, bu ərazi şəhərdaxili və tranzit nəqliyyat axınlarının əsas qovşağıdır. Pik saatlarda burada yaranan sıxlıq və gecikmələrin aradan qaldırılması üçün tunel layihəsi həyata keçiriləcək.
AAYDA-nın layihəsinə əsasən, ərazidə tunel tipli yolötürücüsü və dairəvi hərəkət təşkil ediləcək. Eyni zamanda, Qaradağ istiqamətində yan yolun da yaradılması planlaşdırılır.
Bu yenilik nəqliyyat axınlarının daha sistemli şəkildə hərəkət etməsinə şərait yaradacaq. Layihə, həmçinin piyadalar üçün təhlükəsiz və rahat hərəkət imkanları təmin edəcək.
Yeni yol həlləri yalnız Xiyabani küçəsi ilə məhdudlaşmayacaq. Qovşaqda hərəkətin yenidən təşkili 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat yükünün daha səmərəli paylanmasına xidmət edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yeni avtomobil tunelinin tikintisi planlaşdırılır
Şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub
Milli Məclis kollektivi Zəfər parkını ziyarət etdi
Formula 1 Azərbaycan Qran-Prisindən sonra nəqliyyat bərpa olundu
Laçın və Kəlbəcərdə şəhidlərin xatirəsi anıldı
Bakı küçələrində nəqliyyat hərəkəti Formula 1 sonrası bərpa olundu
Dövlət Statistika Komitəsində yeni şöbə müdiri təyin edilib