Bakıda marşrutlar dəyişir: Sərnişinlər üçün yeni dayanacaq yerləri açılır
Bakı şəhərində bir sıra marşrutların dayanacaq yerləri yenidən təşkil edilib. Bu dəyişikliklər M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Nəqliyyat Mübadilə Mərkəzində daha təhlükəsiz hərəkət etməsini təmin etmək və avtobus sıxlığını azaltmaq məqsədilə həyata keçirilib.
Minval.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi məlumata görə, 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.
“Dərnəgül” metro stansiyası istiqamətində Puşkin küçəsində, Muğan bağının qarşısında yeni dayanacaq yaradılıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində isə Puşkin küçəsində, Səməd Vurğun bağının qarşısında dayanacaq nəzərdə tutulub. Bakı Ağ Şəhər və Qaraçuxur qəsəbəsi istiqamətində də dayanacaqlar Puşkin küçəsində, Muğan bağının qarşısında yerləşdirilib. “Azadlıq prospekti” metro stansiyası istiqamətində isə dayanacaq Puşkin küçəsində, Səməd Vurğun bağının qarşısında təşkil edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026