Bakıda kütləvi dava: Məhkəmədə şok ifadələr!
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda baş verən kütləvi dava zamanı qətldə təqsirləndirilən şəxslərin məhkəmə prosesi keçirilib. Təqsirləndirilənlər arasında Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər və Abbasov Samir yer alır.
Minval.info xəbər verir ki, məhkəmə prosesi şahid ifadələri ilə davam edib. Şahid Ə.G, Mətləb Süleymanovun anası olduğunu bildirərək, hadisə günü oğlunun evə qan ləkələri ilə qayıtdığını və “Camaatın balasını öldürdüm” dediyini açıqlayıb. O, Mətləbin evdən çıxarkən üzərində bıçaq olmadığını da qeyd edib.
Digər şahid A.S isə onlayn məhkəməyə qoşularaq, çimərlikdə baş verən hadisəni təsvir edib. O, Adil adlı şəxsin necə vurulduğunu gördüyünü və dərhal “Təcili yardım” çağırıldığını bildirib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Növbəti məhkəmə prosesi 14 sentyabr saat 16:30-a təyin edilib. Xatırladaq ki, 18 iyun 2025-ci ildə Mərdəkan çimərliyində baş verən kütləvi dava zamanı Süleymanov Mətləb Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirmişdir. Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi açılmış və Süleymanov Mətləb Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunmuşdur. Abbasov Ələkbər, Məhərrəmov Dəyanət və Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1 və 221.3 maddələri ilə barələrində həbs olmayan qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək