Bakıda kuryerlər arasında mübahisə qanla bitdi
Bakının Yasamal rayonunda kuryerlər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisə Zahid Xəlilov küçəsində, metronun “Elmlər” stansiyasının yaxınlığında qeydə alınıb.
Minval.info xəbər verir ki, ərazidə fəaliyyət göstərən market şəbəkələrindən birində çalışan kuryerlər arasında yaranan mübahisə davaya çevrilib və nəticədə kuryerlərdən biri digərini bıçaqlayıb.
Xəsarət alan şəxs dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisəni törədən kuryer isə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb.
Sakinlər bildirirlər ki, bu ərazidə kuryerlər arasında mübahisə və davalar tez-tez baş verir və bu barədə dəfələrlə aidiyyəti şəxslərə və market şəbəkəsinin rəhbərliyinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026