04.08.2026 - 18:47
Ölkə 23 baxış

Bakıda köhnə istilik məntəqələri müasir qazanxanalara çevrilir: 25 bina və 3 bağça üçün yeni istilik dövrü başlayır!

Bakıda iki istilik təchizatı obyektinin yenidən qurulması işlərinə start verilib. Bu obyektlər “Azəristiliktəchizat” ASC tərəfindən istismar müddəti başa çatmış və yenidənqurma tələb edən qurğulardır.

Minval.info xəbər verir ki, layihə çərçivəsində Xətai rayonu, Yeni Əhmədli qəsəbəsində yerləşən 2935 “A” məhəlləsindəki 1 saylı istilik məntəqəsi və Gəncə prospekti 35 ünvanındakı yüksəldici nasos stansiyası müasir qazanxanaya çevriləcək.

Bu yenidənqurma işləri nəticəsində 25 yaşayış binası və 3 uşaq bağçası daha keyfiyyətli istiliklə təmin olunacaq. İşlərin istilik mövsümünə qədər tamamlanması planlaşdırılır.

Layihənin icrası üçün cəmiyyətin mühəndis texniki heyəti və satınalma müsabiqəsinin qalibi olan tikinti şirkətinin nümayəndələri ərazidə baxış keçiriblər. İşlərin həcmi və icra qrafiki dəqiqləşdirilərək, vaxtında və keyfiyyətli tamamlanması üçün müvafiq tapşırıqlar verilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: