Bakıda hamilə qadını taksidən düşürən sürücünün şok ifadəsi: "Sizi cəhənnəmə Aparacağam
Bakıda baş verən hadisədə taksi sürücüsü 8 aylıq hamilə qadını və digər sərnişinləri yarıyolda düşürüb.
Minval.info xəbər verir ki, hadisə zamanı sərnişinlər Koroğlu metro stansiyası, Bakıxanov qəsəbəsi və Zığ ərazisini əhatə edən marşrut üzrə sifariş vermişdilər. Lakin Koroğlu metro stansiyası yaxınlığında bir sərnişin düşdükdən sonra sürücü qalan sərnişinlərdən də maşını tərk etmələrini tələb edib.
Sürücü, “Mən üç dayanacağa gedə bilmərəm” deyərək sifarişi davam etdirməkdən imtina edib. Sərnişinlər isə marşrutun əvvəlcədən tətbiqdə göstərildiyini bildirərək, sifarişin tam yerinə yetirilməsini tələb ediblər. Hətta əlavə ödəniş etməyə də hazır olduqlarını qeyd ediblər.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Şikayətçinin sözlərinə görə, sürücü aqressiv davranaraq avtomobili yüksək sürətlə idarə edib və sərnişinləri ölümlə hədələyib. “Sizi cəhənnəmə aparacağam” ifadəsini işlədən sürücü, sərnişinlərdən birinin 8 aylıq hamilə olduğunu nəzərə almadan onları “Koroğlu”da düşürərək hadisə yerindən uzaqlaşıb. Bu hadisə nəticəsində hamilə qadının səhhəti pisləşib.
Hadisə ilə bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsinə şikayət edilib. Şikayətçi, sürücünün daha öncə Rusiyada qəsdən cinayətə təşəbbüs göstərdiyi üçün həbs edildiyini də öyrəndiyini bildirib. Məsələ ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək