02.10.2026 - 12:56
Bakıda güclü yağış və kəskin hava dəyişiklikləri gözlənilir
Gündəm 2 baxış

Bakıda güclü yağış və kəskin hava dəyişiklikləri gözlənilir

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də güclü yağışın yağacağı və hava şəraitinin kəskin dəyişəcəyi proqnozlaşdırılır. Bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.

Minval.info xəbər verir ki, bəzi ərazilərdə şimşək çaxacağı və gecə saatlarında yağışın daha intensiv olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənməsi də proqnoz edilir.

Havanın temperaturunun gecə 13-15°, gündüz isə 15-17° arasında dəyişəcəyi bildirilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək və nisbi rütubət 80-90 % arasında olacaq.

Azərbaycanın digər rayonlarında da leysan xarakterli yağışların yağacağı, bəzi yerlərdə intensivləşəcəyi və dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə isə qar yağma ehtimalı var. Gecə və səhər saatlarında duman müşahidə oluna bilər.

Havanın temperaturunun ölkənin müxtəlif yerlərində gecə 12-16°, gündüz isə 16-20° arasında olacağı, dağlıq ərazilərdə isə daha sərin keçəcəyi bildirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: