Bakıda gecə klubunda kütləvi dava: Qızlar bıçaqlandı...
Gecə saatlarında paytaxtda gənclər arasında kütləvi dava olub.
Minval.info-nun APA-ya istinadən məlumatına görə, Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki gecə klublarından birində qeydə alınmış dava zamanı 5 nəfərə bıçaqla xəsarət yetirilib.
Mübahisənin qız üstündə yarandığı deyilir. Nəticədə gənclərin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bıçaq xəsarətləri alanlar isə 30 yaşlı Əsədova Esmira Telman qızı, 1990-cı il təvəllüdlü Mirzəyeva Türkanə Teymur qızı və 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğludur. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına, daha 2 nəfər isə özəl klinikalardan birinə çatdırılıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
İnsidentin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır. Adları açıqlanmasa da, hadisədə artıq 3 nəfərin saxlanıldığı bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı