Bakıda elektrik mübahisəsi yumruqla bitdi: Məhkəmə qərarı dəyişdi
Bakı şəhərində elektrik enerjisi ilə bağlı mübahisə nəticəsində baş verən xuliqanlıq hadisəsi məhkəmə qərarı ilə nəticələnib. Təqsirləndirilən Samir Əhədovun apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas sona çatıb.
Minval.info xəbər verir ki, hakim Cavid Hüseynin rəhbərliyi ilə keçirilən məhkəmə iclasında qərar elan olunub. Apellyasiya şikayəti təmin edilib və Yasamal Rayon Məhkəməsinin qərarı dəyişdirilərək, Samir Əhədova 6 ay azadlığın məhdudlaşdırılması cəzası əvəzinə 1 500 manat məbləğində cərimə təyin edilib. Təqsirləndirilən şəxsin 1 gün həbsdə saxlanılması nəzərə alınaraq, cərimə məbləği 1 300 manata endirilib.
Hadisə bu ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69A ünvanında baş verib. Mənzil Kommunal Təsərrüfat Birliyinin xadiməsi Rəhimə Lalayeva, Samir Əhədovun qanunsuz elektrik istifadəsi ilə bağlı şikayət etdikdən sonra, tərəflər arasında mübahisə yaranıb. Mübahisə fiziki qarşıdurmaya çevrilib və Samir Əhədov Rəhimə Lalayevaya yumruqla zərbə vuraraq ona yüngül xəsarət yetirib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Samir Əhədovun bu hərəkətləri ictimai qaydaya etinasızlıq kimi qiymətləndirilib və xuliqanlıq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsi onu təqsirli bilib və cəza təyin etmişdi. Lakin apellyasiya məhkəməsi cəzanı yüngülləşdirərək cərimə ilə əvəz edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək