Bakıda bıçaqlı insident: Məhkum olunmuş bir nəfər, itkin düşənlər və məhkəmənin qərarı
Bakıda baş verən bıçaqlanma hadisəsi ilə əlaqədar məhkəmə prosesi yekunlaşıb. Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda xuliqanlıqda təqsirləndirilən Zamiq Xudiyevin cinayət işi üzrə hökm oxunub.
Minval.info xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Zamiq Xudiyev 2 il 11 ay 26 gün müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilib.
İttihama əsasən, Zamiq Xudiyev və şəxsiyyəti hələ də müəyyən edilməyən digər şəxslər, heç bir əsaslı səbəb olmadan Tağı Məmmədova hücum edərək ona bıçaqla xəsarət yetiriblər. Hadisə 2025-ci ildə Binəqədi rayonunda, axşam saatlarında baş verib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Zərərçəkmişin sağ qalça nahiyəsində qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara aşkar edilib. İstintaq materiallarında qeyd olunur ki, hadisə insanların sıx olduğu bir ərazidə baş verib və təqsirləndirilən şəxslər cəmiyyətə açıq hörmətsizlik nümayiş etdiriblər.
Məhkəmə iclasında Zamiq Xudiyev özünü qismən təqsirli bildiyini ifadə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək