Bakıda avtobusda təhlükə anı: Azyaşlının ayağı qapıda qaldı, sürücü isə üzr istəmədi
Bakıda 150 nömrəli marşrut avtobusunda baş verən hadisə nəticəsində bir azyaşlı xəsarət alıb. Hadisə zamanı uşağın ayağı avtobusun qapısında qalıb.
Minval.info xəbər verir ki, azyaşlının anası hadisə ilə bağlı sosial mediada paylaşım edib. Onun sözlərinə görə, hadisə saat beş-altı radələrində baş verib. İki azyaşlı övladı dayanacaqda düşmək istəyərkən, sürücü qapını vaxtından əvvəl bağlayıb və nəticədə uşağın ayağı qapının arasında qalıb, əzilib və qanayıb. Sürücü isə üzr istəmədən yoluna davam edib.
BakuBus şirkəti hadisə ilə bağlı açıqlama verərək, 150 nömrəli marşrut xətti üzrə daxil olan şikayətin dərhal araşdırıldığını bildirib. Avtobusun daxili kameraları vasitəsilə aparılan araşdırma nəticəsində sürücünün ehtiyatsızlıq etdiyi və qapını vaxtından əvvəl bağladığı təsdiqlənib. Şirkət baş verən hadisəyə görə təəssüfünü ifadə edib və sürücü ilə bağlı inzibati tədbir görüləcəyini açıqlayıb.
Şirkət, sərnişinlərin, xüsusilə də azyaşlıların təhlükəsizliyinin onların əsas prioriteti olduğunu vurğulayıb və gələcəkdə oxşar halların qarşısını almaq üçün təlimatlandırma və nəzarət tədbirlərinin davam etdiriləcəyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026