Bakıda avtobus marşrutlarında müvəqqəti dəyişiklik: Sərnişinlərə yeni təlimatlar
Bakının mərkəzi küçələrindən biri olan Puşkin küçəsində, Xaqani və Nizami küçələri arasında yerləşən hissədə 11 marşrut üzrə avtobusların bəzi dayanacaqlarda saxlaması müvəqqəti olaraq dayandırılacaq.
Minval.info xəbər verir ki, bu qərar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan təmir işləri səbəbindən qəbul edilib. Təmir işləri zamanı sərnişinlərin avtobuslara minib-düşməsində yaranacaq çətinliklərin qarşısını almaq məqsədilə avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.
Avqustun 11-dən etibarən isə bu marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərməyə davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının Mərkəzində nəqliyyat xaosu: Hansı küçələrdə tıxac var?
Sumqayıtda motosiklet reydi: Səs-küylü gecələrə son!
Masallıda qazsız günlər: İki kəndin sakinləri nə etməli?
VACİBSabah Bakıda hava kəskin dəyişir: Sarı xəbərdarlıq yayıldı