Bakıda avqust ayı rekord istilərlə yadda qaldı
2026-cı ilin avqust ayında Bakı və Abşeron yarımadasında hava temperaturu iqlim normasından 2 dərəcə yüksək olub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu dövrdə 27 gün ərzində temperatur normadan yuxarı (0–5 dərəcə), 4 gün isə normadan aşağı (0–3 dərəcə) qeydə alınıb. Orta aylıq temperatur 28 dərəcə təşkil edib.
Minval.info xəbər verir ki, avqustun 9-da Maştağada maksimal temperatur 39 dərəcə, Kürdəmir bölgəsində isə avqustun 9-u və 10-da 40 dərəcə isti olub. Ayın sonunda, avqustun 31-də, Bakı və Abşeron yarımadasında minimal temperatur 19 dərəcə (Sumqayıt), yüksək dağlıq ərazilərdə isə avqustun 30-da 6 dərəcə (Şahdağ) qeydə alınıb.
Avqust ayında bəzi günlərdə hava şəraiti yağıntılı keçib, şimşək çaxıb və dolu düşüb. Ən çox yağıntı Quba-Qusar zonasına düşüb, burada yağıntı normanın 381 faizini təşkil edib. Bakı və Abşeron yarımadasında isə yağıntı normanın 305-617 faizini təşkil edib. Küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 24 m/s-ə çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026