05.08.2026 - 17:22
Ölkə
65 baxış
Bakıda 24 nömrəli avtobusun marşrutu dəyişdi: Təmir işləri nəqliyyatı necə təsir edir?
Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Bu dəyişiklik, Təbriz küçəsində, “Nəriman Nərimanov” metro stansiyası yaxınlığında aparılan təmir işləri ilə əlaqədardır.
Minval.info xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, təmir işləri başa çatana qədər marşrutun son dayanacağı Ağa Nemətulla küçəsində olacaq.
Avtobuslar Bakıxanov qəsəbəsinə doğru hərəkət edərkən Ağa Nemətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrindən keçəcək və daha sonra mövcud marşrut üzrə davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
08.10.2026 - 15:03
Sabahın hava proqnozu açıqlandı
07.10.2026 - 13:48