Bakıda 20-dən çox marşrutun istiqaməti dəyişdi
Bakı və Abşeron rayonunda aparılan təmir-tikinti işləri səbəbindən 20-dən çox marşrutun hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib. Bu dəyişikliklər Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsindən keçən marşrutlara təsir edib. 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli marşrutlar alternativ küçələrlə hərəkət edəcək.
Minval.info xəbər verir ki, bu marşrutların öz əvvəlki hərəkət sxemi bir gün ərzində bərpa ediləcək. Mehdiabad qəsəbəsində, Cəlil Məmmədquluzadə küçəsində tətbiq olunan məhdudiyyətlər səbəbindən 179 nömrəli marşrutun hərəkət istiqaməti də dəyişdirilib. Bu marşrut avtobusları bir həftə ərzində Təbriz, Məhəmmədhüseyn Şəhriyar, 28 May, Fazil İsmayılov və Məhəmməd Əmin Rəsulzadə küçələri ilə hərəkət edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026