Bakıda 185 minlik dələduzluq: 12 il sonra həbs!
Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunan Ramin Rəcəbovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. Prosesdə hakim Hüseyn Hüseynlinin sədrliyi ilə məhkəmə tərkibi anket məlumatlarını dəqiqləşdirib və təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilib. Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verilməsini və 11 sentyabr saat 14:30-a təyin olunmasını elan edib.
Minval.info xəbər verir ki, Səbail Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Emin Rəhimov, 2014-cü il martın 15-də Ramin Rəcəbova 185 min 710 manat dəyərində kompüter və digər avadanlıqlar satdığını, lakin bu günə qədər ödənişin edilmədiyini bildirib. Zərərçəkənin şikayəti əsasında faktla bağlı cinayət işi açılıb və Ramin Rəcəbov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə məsuliyyətə cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək