28.09.2026 - 15:50
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Kriminal 1 baxış

Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda 117 min manatlıq dələduzluq ittihamı ilə təqsirləndirilən şəxsə hökm oxunub. Sabunçu Rayon Məhkəməsi 1981-ci il təvəllüdlü Y.T.-nin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi qərarını verib.

Minval.info xəbər verir ki, iş materiallarına əsasən, Y.T. zərərçəkmiş Ayselə Ramana qəsəbəsində torpaq alaraq fərdi yaşayış evləri tikib satmaqla gəlir əldə edəcəklərini vəd edib və bu məqsədlə qadından ümumilikdə 117 min manat alıb. Lakin vədlərin yerinə yetirilmədiyini görən Aysel pulunu geri tələb edib.

Məhkəmədə təqdim olunan sübutlar arasında ödəniş qəbzləri, bank köçürmələri və tərəflər arasında keçirilmiş üzləşdirmə protokolu yer alıb. Y.T. isə ittihamı qismən qəbul edərək, zərərçəkmişlə qeyri-rəsmi ailə münasibətlərində olduğunu və bəzi pul köçürmələrinin digər tapşırıqlarla bağlı olduğunu deyib.

Məhkəmə Y.T.-nin əvvəllər məhkum olunmadığını, əməlindən peşman olduğunu və himayəsində üç azyaşlı uşağının olduğunu nəzərə alaraq, ona 5 il həbs cəzası verib, lakin bu cəzanı 2 il sınaq müddəti ilə şərti tətbiq edib.

Y.T.-nin üzərinə sınaq müddəti ərzində daimi yaşayış yerini nəzarət orqanına məlumat vermədən dəyişməmək vəzifəsi qoyulub. Onun davranışına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib. Y.T. barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalında azadlığa buraxılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: