17.08.2026 - 17:18
Ölkə 20 baxış

Bakıda 114 b nömrəli avtobuslarda sərnişinlərin səbr kasası daşır: 60-70 şikayət hələ də nəticəsiz!

Bakıda 114 B nömrəli marşrut üzrə fəaliyyət göstərən avtobuslarla bağlı vətəndaşların narazılığı artmaqdadır. Sakinlər avtobusların vaxtında gəlməməsi və oturacaqların sınıq olması kimi problemlərdən şikayətçidirlər.

Minval.info xəbər verir ki, bir vətəndaş bu problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiyini, lakin heç bir dəyişiklik olmadığını bildirib. Şikayətçi, artıq 60-70 dəfə müraciət etdiyini, lakin nəticə əldə edə bilmədiyini vurğulayıb.

O, yolların pis vəziyyətdə olduğunu başa düşdüyünü, lakin sınıq oturacaqların təmir edilməsinin və avtobusların intervalının azaldılmasının mümkün olduğunu qeyd edib. Vətəndaşın sözlərinə görə, avtobusların hərəkəti gecə saat 00:00-a qədər nəzərdə tutulsa da, bəzi günlər saat 23:00-dan sonra avtobus tapmaq çətinləşir.

Məsələ ilə bağlı aidiyyəti qurumdan bildirilib ki, yaxın zamanda avtobusların dəyişdirilməsi planlaşdırılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: