Bakı yollarında yenidən sıxlıq: Hansı küçələrdə?
Bakı şəhərində bir sıra əsas yollarda nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Minval.info xəbər verir ki, hazırda Yusif Səfərov küçəsi mərkəz istiqamətində, Üzeyir Hacıbəyov küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər, Ziya Bünyadov prospekti Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər, Tbilisi prospekti “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində, Bakı-Sumqayıt şosesi “Xırdalan” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
Bundan əlavə, Ziya Bünyadov prospekti Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində, 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Dənizkənarı küçəsi Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində, Xətai prospekti Heydər Əliyev prospekti istiqamətində, Atatürk prospekti Ziya Bünyadov prospekti istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Niyazi küçəsi “Azneft” dairəsi istiqamətində, Heydər Əliyev prospekti köməkçi yol mərkəz istiqamətində, Heydər Əliyev prospekti kənar yol “Koroğlu” metro stansiyası istiqamətində və Əbdülvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində də sıxlıq müşahidə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəndlər boşalır: Bakıya köçün səbəbləri nədir?
Bağça uşağında psixotrop dərman şoku!
Azərbaycanda zəlzələ riski: Seysmik vəziyyət nəzarətdədir?
31 dərəcə isti olacaq
Lamiyə Ələkbərova TMB kanalında yeni vəzifədə!
Pensiya artdı: Sosial rifah üçün yetərlidirmi?
Ermənistan məhsulları ilk dəfə Azərbaycan bazarında