Bakı yollarında təmir: Sürücülərə yeni məhdudiyyətlər
Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu məhdudiyyət sentyabrın 4-də saat 20:00-dan etibarən qüvvəyə minəcək.
Minval.info xəbər verir ki, məhdudiyyət təmir işləri başa çatanadək davam edəcək və bu müddət ərzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə tənzimləmə işləri həyata keçiriləcəkdir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün müəyyən edilmiş qaydalara riayət etməyə çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?