Bakı yollarında Formula 1 məhdudiyyətləri başlayır
Formula 1 Azərbaycan Qran-Prisi zamanı Bakı şəhərində bir sıra yolların hərəkətə bağlanması planlaşdırılır. Bu tədbirlər şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək məqsədilə həyata keçirilir.
Minval.info xəbər verir ki, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.
Yarışla əlaqədar olaraq, 19 sentyabr saat 21:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində nəqliyyat məhdudiyyətləri tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Bununla yanaşı, şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün bəzi əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. 21 və 22 sentyabr tarixlərində səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək, 23 sentyabrda isə səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək aşağıda sadalanan yollar nəqliyyatın hərəkəti üçün açıq olacaq:
- Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
- M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
- S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
- Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ilk sərhədçi generalı Allahverdiyev vəfat etdi
Zaur Mikayılovdan yeni təyinatlar: Kimlər vəzifə aldı?
Azərbaycan XİN-dən Çiliyə səmimi təbrik mesajı
Sabah Bakının bəzi ərazilərində qaz kəsiləcək
Üzeyir Hacıbəyovun 141-ci ildönümü qeyd olunur
Lerikdə 3,1 bal gücündə zəlzələ qeydə alındı
Bakıda 18 istiqamətdə tıxac: Sürücülərə xəbərdarlıq!