Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq müzakirə edildi
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə görüşü baş tutub.
Minval.info xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi görüşlə bağlı məlumat yayıb. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Hər iki tərəf, iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Müzakirələr zamanı, xüsusilə, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası və Bakı İqtisadi Dialoqunun nəticələri diqqət mərkəzində olub. Tərəflər, həmçinin, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və sülh, təhlükəsizlik və rifahın təşviqinə yönəlmiş məsələlər üzrə sıx əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını ifadə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026