Bakı və Zəngilanda qanunsuz ağac qətliamı: Təbiətə 83 840 manat ziyan vuruldu
Bakı və Zəngilan ərazilərində qanunsuz ağac kəsimi nəticəsində təbiətə ciddi ziyan vurulub. Ümumilikdə, bu qanunsuz fəaliyyət nəticəsində 83 840 manatlıq ziyan qeydə alınıb.
Minval.info xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində apardıqları nəzarət tədbirləri zamanı bu qanunsuz kəsim faktlarını aşkar ediblər.
Araşdırmalar zamanı Bakı şəhərinin Sabunçu rayonu, Böyükşor-Pirşağı avtomobil yolunun kənarı, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi və Zəngilan rayonunun Gəyəli kəndi ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara təqdim olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kamran Seyidovun qətl hadisəsi: qısqanclıq yox, tamah motivi
Ağcabədidə narkotik əməliyyatı: 8 kiloqram narkotik götürüldü
TikTok reklamları ilə aldatdı: daşınmaz əmlak dələduzuna 8 il həbs
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar