Bakı-Tiflis səyahətində qatar bileti tapmaq niyə müşkülə çevrilib?
Bakıdan Tiflisə səyahət edənlər, geri dönüşdə qatar bileti tapmaqda çətinlik çəkirlər. Bu vəziyyətin əsas səbəbi quru sərhədlərinin hələ də bağlı olmasıdır.
Minval.info xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun fikrincə, pandemiyadan sonra Azərbaycanın quru sərhədlərinin bağlı qalması sərnişinlərin seçim imkanlarını məhdudlaşdırıb. Gürcüstanda yaşayan Azərbaycan əsilli şəxslər və digər Gürcüstan vətəndaşları Bakıya əsasən qatarla gəlirlər. Geri dönüşdə isə sərhədə avtobusla gedərək piyada keçidlərdən istifadə edirlər, bu da Tiflis-Bakı istiqamətində qatar biletlərinə tələbatı artırır.
Hazırda qatarın yeganə alternativi təyyarədir, lakin aviabiletlərin yüksək qiyməti səbəbindən sərnişinlər bu seçimi etməkdə çətinlik çəkirlər. Hüseynov, problemin həlli üçün quru sərhədlərinin pandemiyadan əvvəlki rejimdə fəaliyyətə başlamasının vacib olduğunu vurğulayır. Bu, sərnişin axınının bölünməsinə və bilet çatışmazlığının aradan qalxmasına kömək edəcək.
Ekspert əlavə edir ki, Bakı–Tiflis marşrutu üzrə ikinci bir qatarın xəttə buraxılması da nəzərdən keçirilə bilər. Lakin bu variantın həyata keçirilməsi üçün texniki imkanlar və iqtisadi səmərəlilik də diqqətə alınmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Britaniyalı bloger Azərbaycanda unudulmaz təcrübə yaşadı
Elvin Cəfərquliyev uğurlu əməliyyat keçirdi
Çoxuşaqlı ailələrə müavinət: Yeni təkliflər gündəmdə
Ankarada Türk Dövlətləri autizm tədbiri baş tutdu
Kəndlər boşalır: Kənd təsərrüfatı gəlirsiz qalır
Bakıda avqust ayı rekord istilərlə yadda qaldı
Trendyol sifarişlərində gecikmə: Səbəblər açıqlandı