28.11.2017 - 15:48
Ölkə 1 baxış

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlanıb

“Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınmasına 2018-ci ilin birinci yarısının sonunda başlanılacaq”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Gürcüstanın İctimai televiziyasına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir və turistlər üçün maraqlı olan şəhərləri əhatə edir: “Əminəm ki, bu yol həm sərnişinlər, həm də yüklərin daşınması üçün cəlbedici olacaq”.

A.Arslan qeyd edib ki, BTQ-nin bir çox üstünlükləri var və dəmir yolu nəqliyyat xərclərini və yüklərin daşınma müddətini azaldır.

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: