Bakı–Tbilisi–Bakı qatar biletləri üçün yeni dövr: Erkən planlaşdırma ilə rahat səyahət imkanı!
Azərbaycan Dəmir Yolları QSC (ADY), Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə bilet satış müddətini uzadaraq sərnişinlərə daha geniş imkanlar təqdim edir. Bu addım sərnişin məmnuniyyətini artırmaq və yüksək tələbatı daha səmərəli şəkildə qarşılamaq məqsədini daşıyır.
Minval.info xəbər verir ki, yeni tətbiq olunan sistemə əsasən, bilet satış müddəti mərhələli şəkildə artırılır. Hal-hazırda sərnişinlər üçün 44 günlük bilet satışı açıqdır və bu müddət yaxın günlərdə 90 günə qədər genişləndiriləcək. Bu yenilik, sərnişinlərə səfərlərini daha erkən planlaşdırmağa və turizm, işgüzar səfərlər kimi müxtəlif məqsədlər üçün hazırlıqlarını daha rahat şəkildə həyata keçirməyə imkan verəcək.
Bundan əlavə, satış müddətinin uzadılması ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa və lazım gəldikdə əlavə vaqonların qoşulması kimi əməliyyat qərarlarını vaxtında qəbul etməyə şərait yaradacaq. ADY, Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı işləri davam etdirir və bu istiqamətdə Gürcüstan tərəfinin hazırlıqlarının tamamlanması üçün zəruri texniki və əməliyyat işləri aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib