Bakı sakini marketdən yumurta aldı, içərisindən qan rəngində... - VİDEO
Binəqədi sakini marketdən yumurta alıb evdə istifadə etmək istədikdə içərisində qan rəngində maye olduğunu görüb.
Minval.İnfo xəbər verir ki, “XəzərXəbər” yumurtada bu mayenin necə yarandığını və yarada biləcəyi fəsadları araşdırıb. Qida mütəxəssisləri bildirir ki, belə qırmızı rəngli mayelər yumurtada uzun müddət saxlandıqda baş verir və istifadəsi tövsiyyə olunmur. Quşçuluq Cəmiyyəti isə əksini söyləyir.
Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayan Həsrət Cəfərov marketdən aldığı yumurtanı sındıranda bu görüntü ilə qarşılaşıb. Yumurtanın içərisində qan rəngində əlavə maye müşahidə olunub. Həsrət Cəfərov bildirdi ki, həmin yumurtanı istifadə etməyiblər və atmağa qərar veriblər.
Məsələ ilə bağlı Azərbaycan Quşçuluq Cəmiyyətinin rəhbəri Aydın Vəliyev isə bildirdi ki, yumurtanın içərisində qana bənzər mayenin olması toyuqların yeni yumurta qoymağa başladığı vaxtlarda baş verir. Onun sözlərinə görə, belə yumurtalar heç bir təhlükə yaratmır və yeyilə bilər.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?