Bakı metrosunda yenilik: '28 May'–'Nizami' xətti bağlanır, 6 yeni ekspres avtobus yola çıxır
Bakı Metropoliteni QSC-nin xətlərin ayrılması layihəsi çərçivəsində, ’28 May’ və ‘Nizami’ stansiyaları arasında qatarların hərəkəti 15 avqust tarixindən etibarən müvəqqəti olaraq dayandırılacaq.
Minval.info xəbər verir ki, bu müddət ərzində sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AYNA tərəfindən təşkil edilən 6 yeni ekspres avtobus marşrutu 14 avqust tarixindən fəaliyyətə başlayacaq.
Yeni ekspres marşrutlar aşağıdakı kimi təşkil olunacaq: M1 marşrutu ‘Elmlər Akademiyası’ və ’28 May’ stansiyaları arasında, M2 marşrutu ‘İnşaatçılar’, ‘Nizami’ və ’28 May’ stansiyaları arasında, M3 marşrutu ’20 Yanvar’, ‘Nizami’ və ’28 May’ stansiyaları arasında, M4 marşrutu ’20 Yanvar’ və ‘Koroğlu’ stansiyaları arasında, M5 marşrutu ’20 Yanvar’ və ‘Gənclik’ stansiyaları arasında, M6 marşrutu isə ‘Elmlər Akademiyası’ və ‘Gənclik’ stansiyaları arasında fəaliyyət göstərəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026