04.08.2026 - 21:57
Ölkə
143 baxış
Bakı metrosunda yeni dövr: 'Nizami' və '28 May' arası avtobuslar ödənişli olacaq!
Bakı metrosunun ‘Nizami’ və ’28 May’ stansiyaları arasında fəaliyyət göstərəcək avtobuslar 15 avqustdan etibarən ödənişli olacaq.
Minval.info xəbər verir ki, bu barədə ‘Bakı Metropoliteni’ QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Məmmədovun sözlərinə görə, bu marşrutda hərəkət edən avtobuslar arasında interval 5 dəqiqədən az olacaq və ümumilikdə 6 ekspress avtobus xidmət göstərəcək.
Xatırladaq ki, gələn həftənin sonunda metroda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində əsas tikinti mərhələsinə başlanacaq. Bu dövrdə ‘Dərnəgül’ istiqamətində hərəkət edən qatarlar yalnız ‘Nizami’ stansiyasına qədər gedəcək və geri dönəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
08.10.2026 - 15:03
Sabahın hava proqnozu açıqlandı
07.10.2026 - 13:48