17.08.2026 - 10:08
Ölkə 550 baxış

Bakı metrosunda sərnişin axını azaldı: Qatarlar yarıboş, gəlirlər riskdə

Bakı Metropolitenində həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Bu məhdudiyyətin təxminən 10-11 ay davam edəcəyi gözlənilir. Bu səbəbdən “Dərnəgül” istiqamətində yerləşən stansiyalarda sərnişin sıxlığının azaldığı müşahidə edilir. Qatarların bəzi vaxtlarda yarıboş hərəkət etməsi, sərnişinlərin bir hissəsinin alternativ nəqliyyata yönəlməsi metropolitenin gəlirlərinə təsir edə bilər.

Minval.info xəbər verir ki, iqtisadçı Emin Qəribli bu vəziyyətin Bakıda yol infrastrukturunun təkmilləşdirilməsinə yönəldiyini bildirib. O, metropolitenin dövlət tərəfindən müəyyən yardımlar aldığını və bu səbəbdən gəlirlərin azalmasının ciddi maliyyə zərərinə səbəb olmayacağını vurğulayıb. İqtisadçı Akif Nəsirli isə “28 May”–”Nizami” istiqamətində hərəkətin dayandırılmasının metropolitenin sərnişin gəlirlərinə mənfi təsir göstərə biləcəyini qeyd edib.

Nəsirli əlavə edib ki, sərnişinlərin bir qismi alternativ nəqliyyat vasitələrinə keçsə də, hamısının metrodan imtina etməsi gözlənilmir. Buna görə də metropolitenin gəlirlərində azalma olsa belə, bunun böyük maliyyə zərəri yaratmayacağı düşünülür. Lakin sərnişinlərin yeni marşrutlara alışması və metroya geri dönməməsi halında gəlir itkisi daha uzunmüddətli ola bilər. Nəsirli vurğulayıb ki, metropolitenin xərcləri sərnişin sayından asılı deyil və əsas risk sərnişin axınının kəskin azalmasıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: