Bakı məktəblərində işə qəbul imkanı!
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.
Minval.info xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Müsabiqə qeydiyyat və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən şəxslər avqustun 25-də saat 12:00-dan avqustun 28-də saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməklə yanaşı, aşağıda qeyd olunan sənədləri avqustun 28-dən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
- Əmək kitabçasının surəti.
Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan çimərlik güləşi millisi beynəlxalq arenada
Moka Land-də uşaqlar üçün "1+1" aksiyası!
Avqust ayının sosial ödənişləri tam ödənildi
Azercell qadınlara dəstək üçün müsabiqə elan etdi
Hava soyuyur: Dağlarda leysan və dolu gözlənilir
Laçında enerji əməkdaşlığı: Azərbaycan-Ermənistan görüşü
Qarabağ"ın zədəli ulduzları: Son durum açıqlanıb