Bakı Avtovağzalında intihar - Qadın özünü platformadan aşağı atdı
Bakı Beynəlxalq Avtovağzalında ölüm faktı qeydə alınıb.
Minval.İnfo-ya bu barədə hadisə şahidləri məlumat veriblər. Şahidlərin sözlərinə görə, bir qadın avtobuslar yerləşən platformadan özünü aşağı atıb.
Hadisə nəticəsində, qadın ağır kəllə-beyin travması alıb və dünyasını dəyişib. Qadının özünə qəsd məqsədilə bunu etdiyi düşünülür. Çünki o, Bakı Beynəlxalq Avtovağzalında yerləşən ətir dükanında işləyirmiş və daha əvvəl də intihara cəhd edib.
Məlumatı daha da dəqiqləşdirmək üçün Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidməti ilə əlaqə saxladıq. Yaşar İsakov məzuniyyətdə olduğu üçün hadisə haqqında məlumatsız olduğunu dedi.
Ətraflı məlumat əldə etməyə çalışırıq.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı xanəndələr qəzada öldülər - FOTOLAR
Azərbaycanda dəhşətli hadisədə 3 nəfər öldü - Adlar
Bakıda ağır qəza: “Pajero” dirəyə çırpıldı, aşdı - Video
Türkiyənin qadın partiya liderindən şəhidimiz barədə paylaşım - FOTO
Azərbaycan Prezidenti: "Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır"
Azərbaycanda psixi xəstə pişiyi dörd yerə bölüb evdən asdı