Bəxtiyar Hacıyevlə bağlı aksiya çağırışçılarına - DİN-dən xəbərdarlıq
Bakıda bir qrup şəxs ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq etiraz aksiyası keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə çağırışlar edib.
Minval.info xəbər verir ki, onların aksiya ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyətindən cavab verilib. Bildirilib ki, sözügedən yerdə aksiya məqsədəmüvafiq deyil.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı aşağıdakı suallarımıza da aydınlıq gətirib:
Bir qrup şəxs sosial şəbəkələrdə çağırış edərək dekabrın 23-də Fəvvarələr meydanında aksiya təyin etdiklərini bildirib. Qeyd olunan aksiyanın keçirilməsinə imkan veriləcəkmi?
– Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.
– Onlar arasında hüquq müdafiəçiləri və ictimai fəallar da var…
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
– Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı