AzTV i̇ranın qara siyahısında: Kəşfiyyat niyə narahatdır?
İranın Kəşfiyyat Nazirliyi, “Ettelaat”, AzTV-ni düşmən media qurumları arasında göstərərək, bu kanalı milli təhlükəsizliyə təhdid olaraq qəbul edib. Nazirlik, ötən il qəbul edilən “Casusluğa görə cəzanın şiddətləndirilməsi haqqında Qanun”un 4-cü maddəsinə əsaslanaraq, İsrail və digər düşmən ölkələrlə əməkdaşlıq edən şəxslərə qarşı tədbirlər görülməsini tələb edib.
Minval.info xəbər verir ki, “Ettelaat” tərəfindən hazırlanan siyahıda, düşmən media qurumları arasında 415 ad yer alıb və bu siyahının vaxtaşırı yenilənəcəyi bildirilib. Siyahının birinci hissəsində “Iran International”, “BBC farsca”, “Fərda” radiosu və “Amerikanın səsi” kimi kanalların adları çəkilir. Həmçinin, İrandakı qeyri-fars xalqların problemlərini işıqlandıran “Güney Azərbaycan Televiziyası” (GünAz TV) də bu siyahıya daxil edilib.
AzTV isə bu siyahıda 19-cu sırada yer alır. Bu addım, sağlam məntiqə və normal qonşuluq münasibətlərinə uyğun gəlməyən bir qərar kimi qiymətləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026