Azercell və Steam-dən oyunçulara yeni imkan!
Azercell, məşhur oyun platforması Steam ilə eksklüziv əməkdaşlığa başlayaraq, abunəçilərinə yeni ‘Steam Top-Up’ xidmətini təqdim edir. Bu xidmət istifadəçilərə Steam hesablarının balansını birbaşa Azercell tətbiqindən, mobil nömrələrinin balansı hesabına 18% ƏDV ödəmədən artırmağa imkan verir. Azercell, Azərbaycanda bu imkanı təqdim edən yeganə mobil operatordur.
Minval.info xəbər verir ki, ‘Steam Top-Up’ xidməti sayəsində istifadəçilər bank kartı və ya digər ödəniş vasitələrindən istifadə etmədən Steam hesablarının balansını rahat şəkildə artıra bilərlər. Bunun üçün Azercell tətbiqində müvafiq bölməyə daxil olmaq, Steam hesabının adını və balans artımı üçün nəzərdə tutulan məbləği qeyd etmək kifayətdir.
Yeni xidmət oyun həvəskarlarına Steam platformasında oyun və digər rəqəmsal məzmunların alınması üçün hesablarını daha sərfəli və rahat şəkildə artırmaq imkanı yaradır. Ödənişin birbaşa mobil nömrənin balansından həyata keçirilməsi isə prosesi daha sadə və əlçatan edir.
Steam dünyanın ən böyük rəqəmsal oyun platformalarından biridir və milyonlarla istifadəçiyə minlərlə oyun və rəqəmsal məzmun təklif edir. Platformada Counter-Strike 2, Dota 2, PUBG: Battlegrounds, EA SPORTS FC 26, Elden Ring, Baldur’s Gate 3 və populyarlıq qazanan digər oyunlar geniş auditoriya tərəfindən istifadə olunur.
‘Steam Top-Up’ xidmətinin istifadəyə verilməsi Azercell-in abunəçilərinə beynəlxalq rəqəmsal platformalara daha rahat çıxış imkanları yaratmaq və rəqəmsal xidmətlər portfelini genişləndirmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır. Xidmət haqqında ətraflı məlumatı Azercell tətbiqini yeniləyərək və ya şirkətin rəsmi internet səhifəsində əldə etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda qatar intervalı azaldılır!
Azərbaycan üzərindən Ermənistana 242 ton propan daşındı
Avqustda 40 dərəcə isti: Hava xəbərdarlığı!
Oktay Əmənullayev Lənkəran xəstəxanasına direktor təyin edildi
Fermerlərə dövlət dəstəyi: Süd qiymətində razılıq əldə edildi
AFFA millilərə yeni baş məşqçilər təyin etdi
Azad edilmiş ərazilər minalardan təmizlənir