Azercell qadınlara dəstək üçün müsabiqə elan etdi
Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026” adlı sosial layihə müsabiqəsinə müraciətlərin qəbuluna başlayıb. Bu müsabiqə qadınların iqtisadi imkanlarının genişləndirilməsi, yeni bilik və bacarıqların qazanılması, eləcə də ölkənin sosial və iqtisadi həyatında daha fəal iştirakını təşviq edən təşəbbüsləri dəstəkləməyi hədəfləyir.
Minval.info xəbər verir ki, layihələrin qiymətləndirilməsi zamanı rəqəmsal bacarıqların inkişafı, inklüziv imkanların yaradılması və texnologiyaların tətbiqi vasitəsilə qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən təşəbbüslərə üstünlük veriləcək. Layihələrin geniş auditoriyanı əhatə etməsi, davamlı nəticələr yaratması və uzunmüddətli sosial təsir potensialına malik olması da əsas seçim meyarları sırasındadır.
Təqdim olunan layihələr müvafiq sahələr üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqə qaliblərinə layihələrinin həyata keçirilməsi üçün 7 000 AZN-dək maliyyə dəstəyi göstəriləcək. Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları layihə təkliflərini Azərbaycan dilində 30 sentyabr 2026-cı il tarixinədək təqdim edə bilərlər. Müraciətə layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan büdcənin detallı bölgüsü də əlavə olunmalıdır.
Qeyd edək ki, Azercell sosial layihə müsabiqəsini 2022-ci ildən həyata keçirir və bu günədək müxtəlif sosial məsələlərin həllinə yönəlmiş 10 layihəyə dəstək olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib