Azərbaycanda nikahlar azalır, boşanmalar artır
Azərbaycanda nikahların azalması və boşanmaların artması ilə bağlı narahatedici statistika ortaya çıxıb. Son 7 ayda, yanvardan iyula qədər qeydə alınan nikahların sayı 22,130, boşanmaların sayı isə 11,678 olub. Bu, nikahların yarısından çoxunun boşanma ilə nəticələndiyini göstərir.
Minval.info xəbər verir ki, 2025-ci illə müqayisədə, hər 1000 nəfərə düşən nikahların sayı 4,6-dan 3,7-yə düşüb, yəni nikahların sayı keçən illə müqayisədə 20 faiz azalıb. Bu tendensiya, dünya miqyasında müşahidə olunan bir dəyişiklikdir və Azərbaycanda da bu istiqamətdə irəlilədiyimizi göstərir.
Maddi məsələlər, işsizlik və evsizlik kimi problemlər nikahların azalmasına səbəb kimi göstərilsə də, insanlar artıq daha rahat bir həyat tərzi seçdiklərini düşünürlər. Boşanmaların artması isə, qadınların daha çox öz ayaqları üstündə durması və ictimai qınaqdan çəkinməməsi ilə əlaqələndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ilk sərhədçi generalı Allahverdiyev vəfat etdi
Zaur Mikayılovdan yeni təyinatlar: Kimlər vəzifə aldı?
Azərbaycan XİN-dən Çiliyə səmimi təbrik mesajı
Sabah Bakının bəzi ərazilərində qaz kəsiləcək
Üzeyir Hacıbəyovun 141-ci ildönümü qeyd olunur
Lerikdə 3,1 bal gücündə zəlzələ qeydə alındı
Bakıda 18 istiqamətdə tıxac: Sürücülərə xəbərdarlıq!