Azərbaycanlı sürücülər İranda çətin vəziyyətdə qaldı
Azərbaycanlı yük maşını sürücüləri artıq 15 gündür ki, İranda qalıblar və bu müddət ərzində maşınlarındakı yüklərin xarab olduğunu bildirirlər. Sürücülər, məhsulu sifariş əsasında İrandan Rusiyaya aparmalı olduqlarını, lakin uzun müddət gözləmələri səbəbindən həm özlərinin, həm də daşıdıqları yüklərin ciddi problemlərlə üzləşdiyini qeyd edirlər. Hər TIR-da təxminən 20 ton ərik olduğu və əriyin bir kiloqramının 7 manatdan hesablandığı nəzərə alınarsa, hər maşında dəyəri 100 min manatdan çox olan məhsulun xarab olduğu bildirilir.
Minval.info xəbər verir ki, sürücülərin sözlərinə görə, Rusiya tərəfi, daha doğrusu, məhsulun gətirilməsini sifariş edən firma, yüklərin xarab olduğunu əsas gətirərək onları qəbul edə bilməyəcəyini deyir. İran tərəfi isə xarab olmuş məhsulu boşaltmağa icazə vermir. Hazırda sürücülər İran-Astara gömrük məntəqəsində maşınların içərisində xarab olmuş yüklərlə nə edəcəklərini bilmirlər və hər keçən gün vəziyyətin daha da çətinləşdiyini bildirirlər.
Yerli aidiyyəti qurumlar məsələni araşdıracaqlarını bildiriblər, lakin hələlik sürücülərin vəziyyəti ilə bağlı konkret bir həll yolu tapılmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026